Mojo.az Banner
21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstandan Azərbaycana ixrac 15 % artıb

21.06.2021 18:53 750
Gürcüstandan Azərbaycana ixrac 15 % artıb
Bu ilin yanvar-may aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 408 milyon 124,1 min ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə həcm 0,24 % azalıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 8,1 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yerdə qərarlaşıb.

İlk beş ayda Gürcüstandan Azərbaycana 195,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 14,6 % çoxdur. Gürcüstanın ümumi ixracında 12,7 % paya sahib olan Azərbaycan qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III yeri tutub.

Qonşu ölkənin Azərbaycandan idxalı isə 4,7 % azalaraq 212,5 milyon ABŞ dollarına bərabər olub. Gürcüstanın ümumi idxalında Azərbaycan 6,1 % payla qonşu ölkənin Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V əsas idxal tərəfdaşı olub.скачать dle 11.3
Mojo.az Banner