Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB

18.06.2021 14:02 1 239
İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB
İranın ali dini lideri Əli Xamenei ölkədəki prezident seçkilərində səs verib və vətəndaşları səsverməyə çağırıb.

Bu barədə PressTV xəbər yayıb.

“Ölkə əhalisinin maraqlarına uyğun olduğu üçün əhalini seçkilərə gəlməyə dəvət edirik”, - deyən Xamenei səslərini Tehrandakı İmam Ruhullah Xomeyninin məqbərəsində yerləşən seçki məntəqəsində verib

* * * * *

İranda bu gün yerli vaxtla saat 07:00-da 13-cü prezident seçkilərinə start verilib.

“Mehr” agentliyi xəbər verir ki, yanaşı olaraq vilayətlərdə, mahallarda və qəsəbələrdə rəhbər məclis seçkiləri ilə İran Məclisi və Mütəxəssislər Məclisi üçün əlavə seçkilər də keçiriləcək.

İranda prezident dörd il müddətinə seçilir. Bir nəfər bu vəzifəyə ardıcıl olaraq ən çox iki dəfə seçilə bilər.

Təxminən 83 milyon əhalisi olan İranda 29 980 38 kişi və 29 330 269 qadın olmaqla 59 310 307 nəfər seçkilərin ikinci günündə səs verə biləcək. İlk dəfə səs verəcək insanların sayı 1 392 148 nəfərdir.

Qeyri-rəsmi statistikaya görə, xaricdə yaşayan üç milyon yarım İran vətəndaşı da səs vermək hüququna malikdir. Xaricdəki vətəndaşlar 133 ölkədəki nümayəndəliklərdə seçimini edə biləcəklər.

İranda prezident seçkilərinə namizədlər Ayətullah Seyyid İbrahim Rəisi, Muhsin Rızai, Hüseyn Kadızadə Haşimi, Abdunnasır Himmetidir.

Nəticələrin şənbə günü açıqlanması gözlənilir.скачать dle 11.3
Mojo.az Banner