Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib | 20:27 GTA 6 asılılığının əsas əlamətləri | 20:22 Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı | 20:14 Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur | 20:09 Sakinlər “İron İnşaat” şirkətindən narazıdır | 20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var | 19:56 Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər | 19:50 3-cü sinif şagirdi vəfat etdi | 19:42 Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq | 19:37 Baydenin bu görüntüsü diqqət çəkdi | 19:30 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı | 19:24 "Şahzadə Mustafa" Bakıya gələcək | 19:15 “Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT | 19:10 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var | 19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

İranda prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI

01.06.2024 17:21 1 104
İranda prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI
İranda növbədənkənar prezident seçkisində iştirak etmək üçün 12 namizəd rəsmən qeydə alınıb.

İRNA-nın xəbərinə görə, qeydiyyatın üçüncü günündə daha üç nəfər namizədliyini irəli sürüb.

Agentliyin məlumatına görə, müraciət edənlər arasında 2001-2005-ci illərdə prezident Məhəmməd Hatəmi (1997-2005) dövründə səhiyyə naziri işləmiş deputat Məsud Pezeşkian, deputat Əhməd Rəsulinejad və əvvəllər İranın ali lideri Əli Xamenei administrasiyasında çalışmış Vahid Xaqanian da var.

Məclisin (parlamentin) keçmiş sədri Əli Laricani, İran Mərkəzi Bankının keçmiş rəhbəri və son 2021-ci ildə keçirilən seçkidə yeganə islahatçı namizəd Abdolnasser Hemmati, İranın ali dini lideri Ayətullah Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, İran parlamentinin iki hazırkı üzvü, Məhəmməd Səbaqiyan və Abbas Moğtadai, eləcə də dörd sabiq parlamentari Mustafa Kavakbiyan, Godrat Ali Haşimtiyan, Mahmud Əhmədi Bigaş və Məhəmməd Xoşçehre qeydiyyatdan keçiblər.

Xatırladaq ki, mayın 30-da 14-cü prezident seçkisində namizədlərin qeydiyyatı başlayıb və iyunun 3-dək davam edəcək. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin ölkə prezidenti postunun tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində namizədlərə baxacaq. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq. Növbədənkənar prezident seçkisi iyunun 28-nə təyin edilib.

Mənbə: TASS

Son xəbərlər