Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Baydeni Türkiyəyə səfərə dəvət edib

14.06.2021 23:39 759
Ərdoğan Baydeni Türkiyəyə səfərə dəvət edib
Rəsmi Ankara ilə Vaşinqton arasında həll edilməyən problem yoxdur və dialoqdan fəal istifadə etmək lazımdır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Biz konstruktiv və ətraflı danışıqlar apardıq. Dialoq üçün kanallardan fəal istifadə edilməsini razılaşdırdıq. Düşünürəm ki, ABŞ-la həll edilməyən problemimiz yoxdur", - Türkiyə lideri deyib.

Ərdoğan əlavə edib ki, Bayden tərəfindən də Türkiyə tərəfindən olduğu kimi ikitərəfli münasibətləri qarşılıqlı əsaslarda qətiyyətlə inkişaf etdirmək mövqeyini görüb.

Bundan başqa, Ərdoğan amerikalı həmkarını Türkiyəyə səfərə dəvət edib. "O, (Bayden-red) dedi ki, dəvəti öz proqramı çərçivəsində qiymətləndirəcək", - Türkiyə rəhbəri əlavə edib.

Türkiyə prezidenti bildirib ki, NATO-nun əhəmiyyəti və məsuliyyəti artıb, alyans üzvləri onu gücləndirməlidir.

"NATO-nun əhəmiyyəti və məsuliyyəti qlobal təhlükəsizlik çağırışları fonunda artıb. Bu gün (NATO-nun Brüsseldəki sammitində-red) alyansın strategiyasının müasir şəraitə uyğun olaraq yenilənməsi prosesinə başlayan qərarlar qəbul etdik", - dövlət başçısı deyib.

“Dağlıq Qarabağda ədalət 30 illik yubanma ilə belə, yarandı və bölgədə ümidlər yenidən cücərdi. Yeni dönəmin qapıları açıldı. İttifaqdakı müttəfiqlərimizin ölkəmizin hüdudlarından kənarda təhlükəsizliyinə töhfə verən əməliyyatlara güclü dəstəyi seçimdən daha çox öhdəlikdir”, - Türkiyə rəhbəri vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner