Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosu Avropa çempionatı ilə bağlı sosial yeniliklər təqdim edib

12.06.2021 22:59 876
Bakı metrosu Avropa çempionatı ilə bağlı sosial yeniliklər təqdim edib
Bu gün UEFA-nın futbol üzrə Avropa çempionatının final mərhələsinə ilk dəfə ev sahibliyi edən Azərbaycan daha bir irimiqyaslı mötəbər kütləvi idman yarışının tarixinə adını yazıb. “A” qrupunun Uels-İsveçrə oyunu Bakı Olimpiya Sadionunda keçirilib.

“Report” xəbər verir ki, Bakı Metropoliteni qitə çempionatı ərəfəsində sərnişinlərinə bir neçə sosial əhəmiyyətli yeniliklərini təqdim edib. Səhər saatlarından 7 stansiyada (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) üzərində “Ask me” yazılmış köynəklərlə könüllülərin fəaliyyətə başlaması metropolitendə artıq girişlərdən futbol həyəcanının başlanmasının bir nişanəsi kimi diqqət çəkib.

Bu günlərdə stansiyalarda monitorlarda, divarlarda isə statik lövhələrdə əks olunmuş mövzular sərnişinləri qitə futbol çempionatının Bakı günlərinə kökləyir. Sosial posterlərdən birinin mövzusu “Özünü qoru, oyundan həzz al” olmaqla sərnişinləri pandemiya şəraitində təhlükəsiz və sağlam qalaraq futbol oyunundan həzz almağa səsləyir. Əsas diqqət çəkən poster isə iki oyununu Bakıda keçirəcək Türkiyə millisinə dəstəyi ifadə edir. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsinin də yer aldığı poster “Türkiyə, ürəyimiz səninlə döyünür” deyə, iki qardaş ölkənin birliyini tərənnüm edir. Bakıdakı oyunların təqviminin də yer aldığı lövhələr isə hər günün tarixi hadisə olduğunu xatırladır.

Gücləndirilmiş iş rejimində çalışan metropolitenin qitə çempionatı ilə bağlı tədbirlər planı üzrə fəaliyyəti “Koroğlu” stansiyasında operativ qərargahdan yönləndirilib. Buradan bütün stansiyalara müvafiq təlimatlar, tapşırıqlar verilib, hər sahənin hazırlığı yoxlanılaraq, nəzarət təmin olunub.скачать dle 11.3
Mojo.az Banner