Mojo.az Banner
12:17 Qaxda məktəbin liseyə çevrilməsi narazılığa səbəb olub - Video  |     12:11 Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər SAXLANILDILAR  |     11:48 Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB  |     11:32 Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ olacaq - QƏRAR  |     11:21 Valideynlərə ciddi xəbərdarlıq: Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər  |     11:19 Əbülfəzl Şəkərçi: "ABŞ İranla münaqişədən ləyaqətli bir çıxış axtarır"  |     11:16 Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - Video  |     11:06 Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ  |     23:01 SEPAH "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirdi  |     22:55 Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)  |     22:46 “Vəkiləm” deyib aldatdı – polis saxladı  |     22:39 Gürcüstanda azərbaycanlı gənc qətlə yetirildi  |     22:31 Salyanda yaşayış evi yandı  |     22:26 Donald Tramp öz tərəfdarlarını Bryus Sprinqstinin konsertlərini boykot etməyə çağırdı - FOTO  |     22:20 Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır  |     22:13 ABŞ-da itkin düşən qız 32 il sonra sağ tapıldı  |     22:08 Azərbaycanın "Avroviziya"da çıxış nömrəsi açıqlandı  |     21:59 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     21:53 İran və Rusiya XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə edib  |     21:48 Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK  |    
Left Banner
Right Banner

Azərbaycan ödəmə kartlarının sayına görə qonşu ölkələrdən geri qalır

11.06.2021 19:25 1 575
Azərbaycan ödəmə kartlarının sayına görə qonşu ölkələrdən geri qalır
Azərbaycanda nağdsız ödənişlərin təşviq edilməsi üçün bankların plastik kartlar və POS-terminallarla bağlı şərtlərinə yenidən baxması təklif olunub.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir.

“Son onillikdə Azərbaycanda ödəmə kartları seqmenti dinamik olaraq inkişaf edir. 2010-cu ildən ödəmə kartlarının sayı 2 dəfə artaraq 8,7 milyona çatıb. Ödəmə kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayında isə 3,5 dəfə artım müşahidə olunub.

Bu cür artıma baxmayaraq ödəmə kartları seqmenti rəqib bazarlarla müqayisədə inkişaf baxımından hələ də geri qalmaqdadır. Bazarın tutumuna gəldikdə isə, hər 100 nəfərə orta hesabla 87 ödəmə kartı verilib. Bu göstərici Gürcüstanda 181, Rusiyada 197, Qazaxıstanda isə 220-dir. İnfrastrukturun münasiblik səviyyəsi də olduqca aşağıdır. Belə ki, hər 100 min nəfərə düşən bankomat (ATM) və POS terminalın orta sayı müvafiq olaraq 26 və 542-dir. Bu göstərici Gürcüstan üçün 71 və 1 818, Qazaxıstan üçün 66 və 995, Rusiya üçün isə 132 və 2 090 ədəd təşkil edir. Digərləri ilə yanaşı, bu şərtlər nağd vəsaitin çıxarılmasının Azərbaycanda ödəmə kartları ilə əməliyyatlarının böyük hissəsi olmaqda davam etməsinə gətirib çıxarıb. Belə ki, bu əməliyyatlar 2020-ci ilin birinci yarısı ərzində ümumi əməliyyatların 75%-ni təşkil etdiyi halda, Qazaxıstanda bu göstərici 38%, Rusiyada 29%, dünya üzrə isə 14% təşkil edir.

Yuxarıda müzakirə olunan məsələlərin fonunda hökumət, tənzimləyici orqanlar və bazar iştirakçıları kartların emalı infrastrukturunun inkişafına dəstək məqsədilə əlavə səylər göstərməli, habelə kartların bütöv əhali üçün ödəmə metodu kimi əlçatanlığının artırılması məqsədilə ölkənin maliyyə bazarında müvafiq kart məhsulları ilə bağlı təklifləri gücləndirməlidir. Xüsusilə banklar bankomat və POS terminalların əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıdır. Digər mühüm bir məsələ isə odur ki, xüsusilə 2020-ci ilin birinci yarısında və post-pandemiya dövründə POS terminalların sayının kəskin Bank, Maliyyə və Sığorta (-18%) azalıb. Bu şəraitdə konkret seqmentlər üzrə ödəmə kartlarının təşviqi məqsədilə kartların emalı ödənişləri, eləcə də mübadilə faizi və əldə etmə haqqının tənzimlənməsi məqsədəuyğun olar”, -deyə sənəddə qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner