Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda QİÇS-lə mübarizə üzrə yeni tədbirlər proqramı hazırlanıb

11.06.2021 17:17 822
Azərbaycanda QİÇS-lə mübarizə üzrə yeni tədbirlər proqramı hazırlanıb
Videokonfrans formatında BMT Baş Assambleyasının İİV/QİÇS üzrə yüksək səviyyəli iclası keçirilib.

Tədbirdə ölkəmizi nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edib.

Çıxışında Teymur Musayev Azərbaycanın İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında olduğunu vurğulayıb: "Lakin bu infeksiyanın transsərhəd olması nəzərə alınaraq, bu problem ölkəmiz üçün də aktual olaraq qalır. 2006-cı ildən etibarən, İİV-lə mübarizədə milli strateji istiqamətlərin qorunub saxlanılması üçün UNAIDS/WHO-nun dəstəyi ilə respublikada hər 5 ildə Nazirlər Kabinetinin “İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqram”ları qəbul olunur. Tədbirlər Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Son proqram 2020-ci ilin dekabrında başa çatdı. Bu proqramda İİV cavabının bütün digər bölmələri ilə birlikdə əhaliyə pulsuz ARV terapiyası, test xidmətləri, əsas qruplar üçün profilaktik müdaxilələr təmənnasız verilir. Hazırda 2021-2025-ci illər üçün növbəti Dövlət Proqramı təsdiqləmə mərhələsindədir. Hədəflərin 95-95-95-ə çatması, damğalanma və ayrı-seçkilik hallarının aradan qaldırılması, habelə zərərin azaldılması proqramlarının daha da genişləndirilməsi üçün tədbirlər proqramına daxildir".

COVID-19 pandemiyasının, İİV-lə mübarizə planlı tədbirləri daxil olmaqla, həyatın bütün sahələrinə mənfi təsiri məsələsinə toxunan Teymur Musayev sərt karantin rejiminin və digər məhdudiyyətlərin gözlənilən 90-90-90 hədəfinə çatmaq nəticəsinə mənfi təsir göstərdiyini təəssüflə qeyd edib: "Ölkəmizdə İİV-in analardan uşağa yoluxmasının qarşısının alınması baxımından müsbət bir tendensiya var və 2015-ci ildən bəri İİV-in şaquli yolla yoluxma halı qeydə alınmayıb. Zamanında qəbul edilən qərarlar, COVID-19 pandemiyasının ağır şərtlərində ARV terapiyasının davamlılığını və mövcudluğunu, Vərəm/HİV, narkoloji/HİV xidmətləri sahəsindəki xidmətlərin inteqrasiyasını təmin etdi".

T.Musayev Azərbaycanın “BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinə nail olmaq” Konsepsiyasının mərhələli şəkildə icra etməsini, İİV infeksiyası ilə mübarizənin səhiyyə siyasəti çərçivəsində əhəmiyyətinin vacibliyini dərk edərək, BMT-nin İİV/QİÇS-lə bağlı Siyasi Bəyannamələrinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirdiyini vurğulayıb: "Azərbaycan İİV/QİÇS-lə mübarizəyə sadiq qalaraq, yeni Siyasi Bəyannamənin qəbul edilməsini alqışlayır və yeni reallıqları nəzərə alaraq, Bəyannamənin qəbul olunacağına ümid edirəm ki, 2030-cu ilədək İİV/QİÇS-in aradan qaldırılması hədəfinin həllinə öz töhfəsini verəcək".скачать dle 11.3
Mojo.az Banner