Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Tovuzquşular Kaliforniya şəhərlərinə hücuma keçiblər - FOTO/VİDEO

08.06.2021 21:42 969
Tovuzquşular Kaliforniya şəhərlərinə hücuma keçiblər - FOTO/VİDEO
Cənubi Kaliforniyada yaşayış yerlərində məskunlaşan tovuzquşular əhalinin kabusuna çevrilib. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar populyasiyası yaddan çıxan sözügedən quşlar Pasadena və Los-Ancelisin yaxınlığındakı şəhələrdə dəstə halında gəzərək insanları narahat edir.

Bu barədə “The Washington Post” xəbər verir.

Məlumata görə, sürülərlə hərəkət edən quşlar damlara enir və ya səkidə gəzirlər.

“Onlar sübh vaxtı məni oyadırlar. Bu quşların səsi sanki işgəncə görən körpənin səsini xatırladır, özü də elə bil ki, onları mikrofona qoşublar”, - deyə pasadenli sakinlərdən biri şikayətlənib.

Los-Anceles dairəsinin Nəzarət Şurası bununla bağlı fəaliyyətə keçməyə hazırlaşır. Artıq tovuz quşlarını qəsdən bəslənməsini qadağan edən qayda hazırlanır. Yəni, quşları bəsləyən şəxs 1000 dollar cərimələnə və ya altı aylıq həbs cəzası ala bilər.

Təbiət müdafiəçiləri möhtəşəm lələkləri olan bu quşları bir nemət adlandırırlar.

Digərləri isə onları lənət hesab edir. Quşların boğuq səsləri sakinləri gün doğmazdan əvvəl oyadır, onlar bağ məhsullarını məhv edir, evlərin kirəmitlərni qopardır, erkəkləri isə park edilmiş avtomobillərdə öz əkslərini görəndə onları rəqib sayaraq qəzəbli şəkildə maşınları dimdikləyirlər.

скачать dle 11.3
Mojo.az Banner