Mojo.az Banner
16:55 ABB kartlarında nə baş verir? - Vəsaitlər silinir (FOTO)  |     16:50 Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)  |     15:46 Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər  |     15:02 Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     14:31 Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB  |     14:24 Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR  |     13:21 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI - FOTO  |     13:00 Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən izah  |     12:28 ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR  |     12:18 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     12:01 Azərbaycanda kasko sığortası ilə bağlı YENİLİK  |     11:50 "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?  |     11:43 Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib  |     11:24 Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     11:09 Kəşfiyyat orqanlarına edilən kiberhücumlar məxfi saxlanılacaq  |     23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |    
Left Banner
Right Banner

Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur

13.05.2019 22:40 5 408
Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur
Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur. Quşlar plastik kütlələrin zərrəciklərini qidaya bənzədərək udurlar.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin xəbər mərkəzinin Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilmiş materialında deyilir. Xatırladaq ki, Köçəri Quşlar Gününün builki mövzusu quşların plastiklərlə çirklənmədən müdafiəsidir. BMT-nin Ətraf Mühit üzrə Proqramında plastiklərlə çirkləndirmələrin köçəri quşlara və onların məskunlaşdığı yerlərə təsiri məsələsinin ictimaiyyətin diqqətinə çatdırılmasına cəhd edirlər.

Hər il bəşəriyyət 300 milyon tondan çox plastik məhsul istehsal edir. Bu, dünyada ən geniş istifadə olunan materialdır. Hər il dünya okeanına 8 milyon ton plastik kütlə düşür.

Təəssüf ki, quşların qanadları onları plastiklərlə çirkləndirmələrlə bağlı ölüm təhlükəsindən qoruya bilmir. Quşlar plastik tullantıları qidaya bənzədərək udurlar. İti künclərə malik plastik hissələri qəbul edən quşlar, xüsusən də bala quşlar tez müddətdə tələf olur. Lakin əksər hallarda quşlar zəiflikdən ölürlər. Çünki plastik tullantılar qida dəyərinə malik olmasına baxmayaraq, dolu mədə təəssüratı yaradır. Həmçinin bu materialın tərkibində olan zəhərli maddələr də əlavə təhlükə yaradır.

Quşlar üçün daha bir təhlükə atılmış balıqçı ipləridir. Suda üzən quşlar bu tora düşərək ya tələf olur, ya da digər heyvanlar üçün asan ova çevrilirlər.

Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla dəniz quşu tələf olur və bu rəqəmlər artmaqda davam edir. Alimlərin hesablamalarına görə, dəniz quşlarının 90 faizi plastik kütlələrin hissəciklərini udurlar. Əgər 2050-ci ilədək təcili tədbirlər görülməsə, bu göstərici 99 faizədək arta bilər.

BMT-nin Ətraf Mühit üzrə Proqramında köçəri quşlar və digər heyvanlar üçün bu ölümcül təhlükənin azaldılmasından ötrü bütün səyləri birləşdirməyə çağırırlar. Ekspertlər xatırladırlar ki, plastiklərlə çirkləndirmələrə qarşı mübarizə tədbirləri adətən qısa müddət ərzində müsbət nəticələr verir.скачать dle 11.3
Mojo.az Banner