Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 085 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 586 410, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 646 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 940 356 təşkil edir.
