Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Siyəzəndə maşın aşıb: Ölən var

08.06.2021 12:35 2 343
Siyəzəndə maşın aşıb: Ölən var
Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumatına görə, qəza Siyəzən-Beşdam kənd yolunda qeydə alınıb.

Rayon sakini, 1995-ci il təvəllüdlü Ramazanov Kamil Ağaqulu oğlunun idarə etdiyi “Opel” markalı maşın qarşısına çıxan maneədən yayınmaq istəyərkən idarəetməni itirib. Aşan avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər