Türkiyədə zəlzələ oldu
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Muğla əyalətinin Datça rayonunda, yerli vaxtla saat 19:00-da qeydə alınıb. Zəlzələnin episentri 18,9 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat qeydə alınmayıb.
