Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşların ən çox şikayət etdiyi - “Araz supermarket”, “Azza” və “Xan Çinar”

07.06.2021 23:24 1 158
Vətəndaşların ən çox şikayət etdiyi - “Araz supermarket”, “Azza” və “Xan Çinar”
Bu ilin ilk 5 ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istehlakçı hüquqlarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən ümumilikdə 563 şikayət daxil olub.

Agentlikdən verilən məlumata görə, 5 ay ərzində ən çox şikayət mart ayında daxil olub.

Hesabat dövründə daxil olan müraciətlərin məhsul qrupları üzrə təsnifatına əsasən süd və süd məhsullarına dair şikayətlərin sayı daha çox olub. 2-ci və 3-cü yerlərdə ət və ət məhsulları, un və unlu qənnadı məmulatları yer alıb. Ən az şikayət isə konservləşdirilmiş məhsullar, tamlı məmulatlar, bal və digər məhsullar üzrə qeydə alınıb. Onu da qeyd etmək lazımdır ki, müraciətlərdən 238-i müəyyən bir məhsula aid edilmədən xidmətlə bağlı olub.
Daxil olan müraciətlər arasında ən çox sayda şikayət məhsulun keyfiyyətinin aşağı olması ilə bağlı (146) olub. Heyvan kəsimi məntəqəsində (68) və sahibkarlıq subyektlərində antisanitar vəziyyət (57), eyni zamanda son istifadə tarixi bitmiş qida məhsulları (59) ilə bağlı şikayətlərin sayı da digər məzmunlu şikayətlərlə müqayisədə daha çox olub. Ən az sayda şikayət məhsulların çəkisinin qablaşdırmada göstərilən çəkidən fərqli olması (kəmiyyət saxtalaşdırılması) və qablaşdırılması, eyni zamanda dövriyyəsi qadağan olunmuş məhsulların satışı ilə bağlı olub.
Qeyd olunan dövr ərzində daxil olan müraciətlərin qida zəncirinin müxtəlif mərhələləri üzrə təsnifatına əsasən satışla bağlı şikayətlərin sayı üstünlük təşkil edib. Qida zəncirinin daşınma və saxlanma mərhələsi üzrə isə daha az sayda şikayət daxil olub.

İstehlakçı hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin araşdırılması nəticəsində 209 şikayət öz təsdiqini tapıb və Agentlik tərəfindən qanunvericiliyə əsasən müvafiq tədbirlər görülüb. 185 müraciətdə göstərilən fakt öz təsdiqini tapmayıb.//oxu24.com-aскачать dle 11.3
Mojo.az Banner