Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada "Şimal-Cənub" politologiya mərkəzi və "Baku Network"un birgə təşkilatçılığı ilə Xəzər konfransı keçirilir

07.06.2021 20:35 804
Moskvada
İyunun 7-də "Şimal-Cənub" politologiya mərkəzi "Baku Network" ekspert şurası ilə birgə Moskvada "Rusiya və Azərbaycan layihələri - Xəzər regionunun inkişaf drayverləri. Xəzər iqtisadi forumuna doğru" adlı beynəlxalq forum keçirir.

Median.Az
Trend-ə istinadən bildirir ki, tədbirin moderatoru qismində "Baku Network" ekspert şurasının direktoru, Valday klubunun eksperti Gülnarə Məmmədzadə iştirak edir.

Konfransda Trend BİA-nın baş direktorunun müavini, "Valday 2030" layihəsinin iştirakçısı Emin Əliyev, həmçinin azərbaycanlı və rusiyalı dövlət xadimləri, alimlər və ekspertlər: Milli Məclisin deputatı Rasim Musabəyov, "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə, "Valday" beynəlxalq müzakirə klubunun eksperti Fərhad İbrahimov, Rus İqtisad Məktəbinin direktor müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov, Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Stanislav Pritçin, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev, "Geosiyasi ekspertizalar mərkəzi" beynəlxalq qeyri-kommersiya fondunun direktoru Valeri Korovin, Həştərxan vilayətinin beynəlxalq əlaqələr agentliyi rəhbərinin müavini İlya Toropitsın, Beynəlxalq Avrasiya Hərəkatının Avrasiya İqtisadi Klubunun rəhbəri Mixail Anisimov və "Lotos" səhmdar cəmiyyətinin baş direktoru Sergey Miluşkin iştirak edir.

Beynəlxalq dəyirmi masanın iştirakçılarını Həştərxan vilayətinin iqtisadi inkişaf naziri Kazbek Xadikov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, "Baku Network" beynəlxalq siyasət və təhlükəsizlik mərkəzinin direktoru Gülnarə Məmmədzadə və "Şimal-Cənub" politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova salamlayıb.

Konfrans zamanı aşağıdakı məsələlərin müzakirəsi planlaşdırılır:

Xəzər iqtisadi forumu - region dövlətlərinin əməkdaşlığı yolunda vacib addım.

Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlığı - Xəzər regionu üçün aktual gündəm.

Xəzər regionu və "Şimal-Cənub" nəqliyyat dəhlizi - resurs logistika potensialı.

Xəzər regionunun təhlükəsizliyinin aktual problemləri - yeni risklər və çağırışlar. Problemləri birgə həll edirik.

Xəzəryanı ölkələrin sosial-iqtisadi inkişafının ekoloji aspektləri.

Xəzər inteqrasiyasının Həştərxan müstəvisi.скачать dle 11.3
Mojo.az Banner