Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyadakı azərbaycanlılar Baş prokuror İqor Krasnova müraciət ediblər

07.06.2021 19:15 801
Rusiyadakı azərbaycanlılar Baş prokuror İqor Krasnova müraciət ediblər
"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məsləhət Şurası və "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov ölkənin Baş prokuroru İqor Krasnova müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə 28 may 2021-ci il tarixində Novosibisk vilayətinin Moşkov rayonunda baş vermiş faciəli hadisə zamanı vətəndaş Vəki Abdullayevin Dövlət Yol Polisi (DYP) əməkdaşı Aleksandr Qusev tərəfindən qətlə yetirildiyinə diqqət cəlb edilib. Hadisə zamanı polis əməkdaşının bu cinayəti istəmədən və ehtiyatsızlıq üzündən törətdiyi istisna edilməyib.

Qeyd edilib ki, sosial şəbəkələrdə və mediada yerləşdirilən videolentdən yol polisinin heç kim üçün təhlükə yaratmayan Vəkil Abdullayevə atəş etməsinin göründüyü, halbuki həmin vəziyyətdə odlu silahdan istifadə etməyə ehtiyacın olmadığı nəzərə çatdırılıb: "Aydın məsələdir ki, A.Qusev qeyri-peşəkar və məsuliyyətsiz davranıb. Onun ehtiyatsız hərəkətləri 19 yaşlı Vəkil Abdullayevin ölümü ilə nəticələnib".

Hazırda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirələrin aparıldığı, bəzi bədnam insanların məsuliyyətsiz açıqlamalarının, xüsusilə də "Russian Today" telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü Mariya Butinanın qətli törədən DYP əməkdaşının hərəkətlərini təqdir etməsi barədə fikrinin ölkədə vəziyyətin gərginləşdirilməsinə gətirib çıxara biləcək mübahisələr doğurduğu bildirilib.

M.Butinanın təxribat xarakterli açıqlamasının cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane ola biləcəyini qeyd edən soydaşlarımız Baş prokuroru M.Butina ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və vətəndaş Vəkil Abdullayevin qətli ilə bağlı cinayət işinin istintaqını şəxsi nəzarətinə götürməyə çağırıblar.скачать dle 11.3
Mojo.az Banner