“Neftçi” Çempionlar Liqasına Avstriya-İtaliya sərhədində hazırlaşacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:19 Daha bir taksi sürücüsü müştərisinə qarşı dələduzluq edib  |     22:17 Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən  |     21:56 Professor Tamilla Məmmədova vəfat etdi  |     21:48 Bu rayonda yas verilməsi ləğv edildi  |     21:42 Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     21:40 Goranboyda maşın evə çırpıldı - Xəsarət alanlar var  |     21:33 Nikkei nəşri Yalçın Rəfiyevlə müsahibəni dərc edib  |     21:28 Tamilla Məmmədova vəfat etdi  |     21:00 Uğurlu uşaq böyütmək üçün 5 tövsiyə  |     20:53 Ukrayna Rusiyanın "Kinjal" daşıyan MiQ-31 təyyarəsini Savasleyka aerodromunda vurdu  |     20:47 Qlobal istiləşmənin əsas səbəbi açıqlandı  |     20:41 Cəlilabadda xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur  |     20:36 DSX-nin hərbçisi Biləsuvarda dəfn olunub  |     20:30 "Mərkəzi Asiya - Çin" sammiti iyunun 16-17-də Astanada keçiriləcək  |     20:23 Azərbaycan millisinin sabiq futbolçusu: "Uğursuzluq tilsimini Macarıstanla oyunda qırmaq çətin olar"  |     20:18 Peskov: Rusiya və Ukrayna danışıqları davam etdirməlidir  |     20:11 Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır  |     20:05 Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb  |     19:58 Sabah bəzi ərazilərdə yağış yağacaq  |     19:50 Bu ilin 4 ayında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 19 %-dən çox artıb  |    

“Neftçi” Çempionlar Liqasına Avstriya-İtaliya sərhədində hazırlaşacaq

“Neftçi” PFK-nın 2021/2022-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

Hazırlığın ilk mərhələsi sabah başlayacaq və iyunun 14-dək Bakıda baş tutacaq. Azərbaycan çempionu tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.

Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Avstriya-İtaliya sərhədində yerləşən Kranyska Qora bölgəsindəki “Ramada Hotel&Suites”də məskunlaşacaq. Flaqman bu ölkədə dörd yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            504 07.06.21 16:26