Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Korotçenko: “Rusiya Jurnalistlər İttifaqı həlak olan jurnalistlərlə bağlı rəsmi bəyanat verməlidir”

04.06.2021 21:56 810
Korotçenko: “Rusiya Jurnalistlər İttifaqı həlak olan jurnalistlərlə bağlı rəsmi bəyanat verməlidir”
Azərbaycanlı jurnalistlərin olduğu maşın Kəlbəcər rayonunda ermənilərin basdırdığı minada partlayıb. İstisna deyil ki, həmin yol erməni diversant qrupları tərəfindən minalanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

“Öz peşəkar vəzifə borclarını yerinə yetirən həmkarlarımız həlak olublar. Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində mina təhlükəsi hər yerdə mövcuddur. Bir müddət əvvəl Ağdam və Füzuli rayonlarını səyahət edən biz rusiyalı jurnalistlər, ekspertlər də risk etmişdik. Lakin öz professional borcumuzu yerinə yetirmişdik ki, baş verənlər barədə obyektiv məlumatlandıraq. Biz də erməni minasında partlaya bilərdik. Hesab edirəm ki, Azərbaycan jurnalistlərinin həlak olması ilə bağlı Rusiya Jurnalistlər İttifaqı rəsmi bəyanatla çıxış etməlidir. Həmin bəyanatda başsağlığı ifadə olunmalı və rəsmi İrəvandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi, eləcə də erməni diversantların Azərbaycan ərazilərinə göndərilməsinə son qoyulması tələb olunmalıdır. Beynəlxalq jurnalist ittifaqlarından da reaksiyalar gözləyirik. Ümumi tələbimiz Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə siyasi təzyiq göstərilməsidir”, - deyə İ.Korotçenko vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner