Mojo.az Banner
22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış vəkil Janna Bağırova Prezidentə müraciət etdi

03.06.2021 22:56 6 384
Tanınmış vəkil Janna Bağırova Prezidentə müraciət etdi
Salam, Cənab Prezident!

Sizi narahat edən Janna Mirzə qızı Bağırovadır. 37 ildir ki, mən Azərbaycan Respublikası Vəkillər Kolleqiyasının üzvüyəm. 2020-ci ilin yanvar ayında, mən tanınmış, professional və nümünəvi vəkil kimi medalla təltif olunmuşam. Lakin, 7 aydan sonra, 2020-ci ilin avqust ayında xəbərim olmadan vəkillikdən kənarlaşdırılmışam. Səbəb isə, - yeni qəlmiş Vəkillər Kolleqiyasının sədrini tənqid etməyimdir.

Mən özümü tərif etməyəcəm, amma Respublikada 5 savadlı, təmiz, vətənpərvər, işini bilən və sevən, təcrübəli vəkil varsa, - onlardan biri mənəm. Çünki, 17 yaşımdan özüm, heç kimə güvənmədən, üzərimdə işləməklə və adımı qorumaqla, əsl vəkillik işinə gəlmişəm, heç kimə rüşvət daşımamışam, heç kimi ləkələməmişəm, heç kimi aldatmamışam, götürdüyüm hüquqi yardımın göstərilməsi öhdəliyinə hər dəfə vicdanla, məsuliyyətlə, bütün şansları axıradək istifadə etməklə, insanları müdafiə etmişəm, onlara hüquqi yardım göstərmişəm. Apardığım işlər isə, əsasən ağır cinayət işləri olmuşdur.

Lakin, təzə rəhbərlik tərəfindən mənə təzyiqlər, vəkillik işimə qanunsuz müdaxilələr, işimi və şəxsiyyətimi aşaqlamaq, məni “əl rejimində” onun-bunun sifarişi ilə işləyən vəkilə çevirmək niyyətləri baş tutmadıqda, qərəzlə və qisasla işimdən “olmuşam”. Hətta, mənə imkan verilmədi ki, artıq məhkəmələrin icraatında olan işlərdə insanların müdafiəsini tamamlayam. Vəkillər Kolleqiyasının sədri Anar Bağırov özündən arxayın və tamamilə əsassız bir tərzdə bəyan edir ki, “...sən kimsən ki, məni tənqid edəsən, haqq-ədalət axtarmaq əvəzinə müstəntiqlərlə və hakimlərlə “əməkdaşlıq etmək lazımdır”.

Mən bununla qəti razı deyiləm və məhkəməyə müraciət etmişəm. Lakin, 10 aydır ki, müxtəlif bəhanələrlə məhkəmə iddiaya baxa bilmir. Çünki, Vəkillər Kolleqiyasının sədri, eyni zamanda da Məhkəmə Hüquq Şurasının üzvüdür. Hakimlər də bundan ehtiyyat edir.

Cənab Prezident! Siz deyirsiz ki, məhkəmələrdə islahatlar olmalıdır! Olmuş qanun pozuntularını, pozulmuş hüquqların bərpasını, insanların müdafiəsini, məhkəmənin çəkişməsini vəkil təmin etməlidir. Vəkilə, -mənim kimi, hədə-qorxu ilə səssiz qalması, işdən qovulma hədəsiylə vəkillik işinə təzyiqlər olunursa, özüdə öz rəhbərliyi tərəfindən, burada hansı islahatlara nail olmaq olar?

Hörmətlə, Janna Bağırova.скачать dle 11.3
Mojo.az Banner