Azərbaycan həm görünən, həm də görünməyən düşmənlə müharibədə qalib çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:36 DSX-nin hərbçisi Biləsuvarda dəfn olunub  |     20:30 "Mərkəzi Asiya - Çin" sammiti iyunun 16-17-də Astanada keçiriləcək  |     20:23 Azərbaycan millisinin sabiq futbolçusu: "Uğursuzluq tilsimini Macarıstanla oyunda qırmaq çətin olar"  |     20:18 Peskov: Rusiya və Ukrayna danışıqları davam etdirməlidir  |     20:11 Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır  |     20:05 Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb  |     19:58 Sabah bəzi ərazilərdə yağış yağacaq  |     19:50 Bu ilin 4 ayında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 19 %-dən çox artıb  |     19:45 Qubernator Trampı məhkəmə ilə hədələyir  |     19:36 Bu həftə Yer sakinləri “Çiyələk Ay”ı müşahidə edə biləcəklər  |     19:29 Suriya Əsəd rejiminin devrilməsindən sonra 16 milyard dollar investisiya cəlb edib  |     19:21 Tramp etirazlara görə dəniz piyadalarını Los-Ancelesə göndərməyə hazırdır  |     19:15 ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb, xəsarət alanlar var  |     19:08 Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır  |     18:59 Keniya Prezidenti Kamran Əliyevi qəbul edib  |     18:38 Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)  |     17:46 Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq  |     17:38 Müştərisinə qarşı dələduzluq edən taksi sürücüsünə HÖKM OXUNDU  |     16:58 İyunun 30-dan Rusiyaya giriş qaydaları dəyişir  |     16:55 18 yaşlı əsgərin ölməsi faktı üzrə CİNAYƏT İŞİ BAŞLANILDI  |    

Azərbaycan həm görünən, həm də görünməyən düşmənlə müharibədə qalib çıxdı

Azərbaycanda COVID-19 virusuna qarşı vaksinasiyasının uğurla getməsi, əhali arasında yoluxma sayının nəzərəçarpan dərəcədə aşağı düşməsi may ayından pandemiya ilə bağlı qadağaların yumşaldılmasına əsas verib.

Postpandemiya dövrü üçün demək olar ki, əksər ölkələr iqtisadi konsepsiya hazırlayıb və şübhəsiz, mərhələli normallaşma prosesi ilə bağlı Azərbaycanın da yol xəritəsi vardır. Ölkəmizdə hələ ötən ildən pandemiyanın yaratdığı iqtisadi dağıdıcı effektləri azaltmaq üçün təbdirlər planı qəbul edilib. Bura iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinin qorunması kimi məsələlər daxildir. Bu proses yalnız pandemiya dövründə deyil, strateji olaraq postpandemiya dövründə də iqtisadi sistemə dəstəyin göstərilməsi istiqamətində fəaliyyətləri və görüləcək tədbirləri əhatə edib. Tədbirlər sahibkarların, xüsusən də fərqli sektorlarda pandemiyanın təsir etdiyi sahələrdə çalışanların birbaşa dəstəklənməsini təmin etmək prinsipi daşıyırdı. Eyni zamanda məqsəd olaraq postpandemiya dövründə iqtisadiyyatın diversifikasiyası, şəffaflığın gücləndirilməsi ilə bağlı tədbirlər daha prioritet olacağı gözlənilirdi.

Gözlənildiyi kimi də postpandemiya dönəmi ilə yanaşı qarşıdakı 10 illik müddəti əhatə edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı vacib iqtisadi sənəd təsdiqləndi. Bu, özündən əvvəlki sənədlərdən təkcə pandemiya şəraitində qəbul edilən və pandemiyadan sonrakı dövrü əhatə edən sənəd olmaqla deyil, eyni zamanda postmüharibə dövrünün reallıqlarını da özündə əks etdirirdi. Sosial-iqtisadi inkişafa dair olan bu Milli Prioritet özündə beş istiqaməti cəmləşdirir. Bura, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit məsələləri daxildir. Koronavirus pandemiyasının nəticəsi olaraq dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bəzi dövlətləri təşvişə salaraq onları çıxış yolu axtarmağa vadar etdi. Azərbaycan da neft ixrac edən ölkələr sırasında olduğundan qiymətlərin dəyişməsi milli iqtisadiyyata da təsirsiz ötüşmədi.

Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı istiqamətində beynəlxalq səviyyəli tədbirlər həyata keçirilib ki, bu da ölkəmizin qarşıdakı böhrandan itkisiz çıxmasına imkan yaradıb. Ölkə başçısının təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanın gələcək iqtisadi inkişafı üçün böyük zəminlər yaradıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb edilməsi isə strateji mahiyyət daşıyan bir addım idi.

Həmin layihəyə qoşulmaqla Azərbaycanın uzun illər ərzində iqtisadi inkişafı təmin edilir.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində apardığı islahatlar olduqca səmərəlidir. Burada Azərbaycan yalnız gömrük rüsumları toplamayacaq. Yük qatarlarına texniki xidmətin göstərilməsi, şirkətlərin Bakıda nümayəndəliklər yaratması və başqa məsələlərin həlli yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına səbəb olacaq. Prezident İlham Əliyevin 2006-cı ildə Azərbaycanı “Şimal-Cənub” dəhlizinin formalaşmasına cəlb etməsi uzaqgörən iqtisadi siyasətin təşəkkül tapması idi. Beləliklə, Prezident İlham Əliyevin iqtisadi islahatları nəticəsində qeyri-neft sektorunun inkişafı Azərbaycanın postpandemiya dövrünə tam hazır olduğunu deməyə əsas verir.

Əliabbas Salahzadə, millət vəkiliскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            576 03.06.21 19:31