Mojo.az Banner
20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |    
Mojo.az Avto
Mojo.az Avto

Xərçəng hüceyrələrini “aldadan” “Troya atı” testdən keçirilib

02.06.2021 14:21 1 575
Xərçəng hüceyrələrini “aldadan” “Troya atı” testdən keçirilib
Şotlandiyalı tədqiqatçılar xərçəng və bakteriya hüceyrələrini yaxınlığındakı sağlam toxumalara zərər vermədən öldürməyə qadir olan “Troya atı” preparatını uğurla sınaqdan keçirib.

“İzvestiya”nın məlumatına görə, bu barədə “London Evening Standard” xəbər verib.

Dərmanı ixtira edənlər onu “Troya atı” ilə müqayisə etdiyi üçün preparata belə ad verilib.

Mütəxəssislərin sözlərinə görə, xərçəng hüceyrələri “acgözlüdürlər”, yəni enerji üçün çoxlu qidaya ehtiyac duyurlar. Buna görə ətrafdakı sağlam hüceyrələrlə qidalanırlar.

Edinburq Universitetinin alimləri xərçəng hüceyrələrini öldürən SeNBD molekulunu qida kimyəvi maddəsinin içində gizlədiblər.

Birləşmənin toksik təbiətindən xəbərsiz olan bədxassəli hüceyrələr də “ideal ov”a hücum çəkərək onu istehlak edirlər.

Təcrübə balıq və insan hüceyrələri üzərində aparılıb.

Bununla belə, mütəxəssislərin fikrincə, bu metodun təhlükəsizliyini təsdiqləmək üçün əlavə araşdırma tələb olunur.скачать dle 11.3
Mojo.az Banner