Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azad olunan ərazilərdə daha 104 mina aşkarlanıb

31.05.2021 22:06 990
Azad olunan ərazilərdə daha 104 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan "Report"a verilən məlumata görə, mayın 24-dən 29-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 14 mina və 75 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 783 989 m² (178 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son xəbərlər