Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Xərçəng hüceyrələrini məhv edən dərman sınaqdan keçirildi

31.05.2021 20:34 1 023
Xərçəng hüceyrələrini məhv edən dərman sınaqdan keçirildi
Sağlam toxumalara zərər vurmadan xərçəng hüceyrələrini məhv edən yeni dərmanın sınaqları uğurla keçirilib.

“Report” “Evening Standard”-a istinadən xəbər verir ki, Edinburq Universitetinin tədqiqatçıları bunun üçün xərçəng hüceyrələrini yalnız işıq altında məhv edən SeNBD molekulundan istifadə ediblər.

Bunun nəticəsində dərmanın sağlam toxumalara zərər vurmadan və yan təsirləri olmadan istifadə oluna biləcəyi qeyd olunur.

Son xəbərlər