Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Türk lirəsi tarixi minimumu yaşayır: Ucuzlaşma Azərbaycana necə təsir edəcək?

31.05.2021 16:41 933
Türk lirəsi tarixi minimumu yaşayır: Ucuzlaşma Azərbaycana necə təsir edəcək?
Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3 faiz azalaraq 0,1983 manat təşkil edib. Bu tarixi minimum hesab edilir. Son bir ay ərzində Türkiyənin milli valyutası dollar qarşısında da mütəmadi olaraq dəyər itirib. Bu gün Türkiyədə 1 dolların alışı 8,5496 lirədən, satışı isə 8,5651 lirədən mübadilə olunur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov Oxu.Az-a əsas ticarət partnyorumuz olan Türkiyənin milli valyutasının dəyərinin bu həddə qədər enməsinin Azərbaycana təsirlərini şərh edib.

İqtisadçı bildirib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqlərindən biri və ölkənin qeyri-neft sektorunda ən böyük iqtisadi tərəfdaşıdır. O vurğulayıb ki, bununla bərabər qeyri-neft ixracatımızın üçdə birindən çoxu Türkiyənin payına düşür:

“Türkiyə Azərbaycanla olan 4,5 milyard dollar xarici ticarət dövriyyəsinə görə İtaliyadan sonra ikinci ölkədir. Bu da onu göstərir ki, Türkiyə Azərbaycanın ticarət dövriyyəsində xüsusi mövqeyə sahibdir. Lirənin dəyərsizləşməsi Türkiyə məhsullarının xarici bazarda dollar ifadəsində ucuzlaşmasına gətirib çıxarır. Həmçinin, Türkiyədən Azərbaycana idxal edilən türk malların da ucuzlaşması mümkündür. Məhsulların xərcinin aşağı enməsi ilə qiymətlərin Azərbaycanın daxili bazarında aşağı düşəcəyi gözlənilir”.

Türkiyədə inflyasiyanın da müşahidə olunduğunu deyən millət vəkili əlavə edib ki, lirənin dəyərsizləşməsinin manata birbaşa iqtisadi təsiri yoxdur:

“Manatın məzənnəsinə ən çox təsir göstərən faktorlara neftin dünya bazarındakı qiyməti və xüsusilə də səbət valyutaların qlobal valyuta bazarındakı mövqeyi daxildir. Türkiyə ixracatımızda daha çox strateji məhsullar olduğuna görə lirənin dəyərsizləşməsi Azərbaycanın Türkiyəyə ixracatına da neqativ təsir göstərməyəcək.

Azərbaycan 2021-ci ildə Türkiyəyə 8 milyard kubmetr mavi qaz nəql etmək niyyətindədir. Mavi qazın qiyməti isə beynəlxalq bazarda müəyyənləşir. Ona görə də lirənin məzənnəsinin dəyişməsi ixracatımıza da təsir göstərmir”.

Vüqar Bayramov qeyd edib ki, bu baxımdan lirənin ucuzlaşmasının Azərbayacana xüsusi neqativ təsirlərinin olacağı gözlənimir, əksinə güman edilir ki, Türkiyə daxili bazarında ciddi inflyasiya baş verməsə Türkiyədən Azərbaycana idxal edilən məhsulların qiymətində azalmalar mümkündür.скачать dle 11.3
Mojo.az Banner