Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəmkir polisindən geniş əməliyyat: Ondan çox silah aşkarlandı

31.05.2021 14:29 798
Şəmkir polisindən geniş əməliyyat: Ondan çox silah aşkarlandı
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində keçirilən növbəti əməliyyat tədbirləri uğurla nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Əkbər Sadıqovdan 1 ədəd istifadəyə yararlı tapança pulemyot, 1 ədəd onun komplekt hissəsi hesab edilən sandıqca və 150 ədəd 7,62 mm-lik atəşə yararlı patron aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini Elşad Əliyevdən də odlu silah aşkar edilərək götürülüb. Belə ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və oradan 1 ədəd, istifadəyə yararlı “Makarov” konstruksiyalı tapança, həmin tapançaya aid 1 ədəd daraq, 23 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı, saxlanılan şəxs odlu silahı bir neçə ay əvvəl qəbiristanlıqdan tapdığını bildirib.

Şəmkir Rayon Polis Şöbəsinin, Kür və Zəyəm Polis Bölmələrinin bu istiqamətdə keçirdikləri digər əməliyyat tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner