Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: “Ermənistan Azərbaycanla sərhəddə qoşunlarını geri çəkməyə hazırdır”

29.05.2021 14:12 993
Paşinyan: “Ermənistan Azərbaycanla sərhəddə qoşunlarını geri çəkməyə hazırdır”
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan sərhədində eskalasiyanı azaltmaq təklifi İrəvan üçün məqbuldur.

Bu barədə, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Mülki Müqavilə” Partiyasının fəalları ilə görüşündə bəyan edib.

O, həmsədrlərin sərhəddəki gərginliyi azaltmaq, silahlı qüvvələri geri çəkmək, delimitasiya və demarkasiya ilə bağlı danışıqlara başlamaq üçün təcili addımların atılmasına çağırdığını xatırladıb.

“Həmsədrlərin təklifində göstərilən addımların məntiqi bizim üçün əsaslı şəkildə məqbuldur. Ermənistan hökuməti qətiyyətlə bu yolu tutur və biz hər an qoşunları geri çəkməyə hazırıq. Bunu eyni zamanda etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı ilə razılaşmasını gözləyirik”, - deyə o, bəyan edib.

Son xəbərlər