Mojo.az Banner
21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |     20:20 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab  |     20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |     19:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nigeriyada qayıq qəzası zamanı ölənlərin sayı 76 nəfərə çatdı

28.05.2021 23:20 771
Nigeriyada qayıq qəzası zamanı ölənlərin sayı 76 nəfərə çatdı
Nigeriyanın Kebbi ştatının hakimiyyət orqanları mayın 26-da Niger çayında baş vermiş qayıq qəzası nəticəsində 70 nəfərin öldüyünü təsdiqləyib.

Bu barədə ştatın rəsmi nümayəndəsi Əbubakar Dakinqari mətbuat konfransında bildirib.

O, eyni zamanda "Reuters"ə açıqlamasında həlak olanların sayının artdığını əlavə edib. “İndiki saata qədər 76 nəfərin meyiti sudan çıxarılıb, 22 nəfər xilas edilib. İtkinlərin axtarışları davam etdirilir”, - Əbubakar Dakinqari agentliyə bildirib.

Qeyd edək ki, 150 sərnişinin olduğu iri qayıq Tunqan Mayrakumi kəndinin sahilindən Birnin-Kebbi şəhərinin sahilinə doğru üzürmüş. Qayıq yolun yarısında çevrilib.

Faktla bağlı araşdırma aparılır. Hakimiyyət orqanları qəzanın qayığın normadan artıq sərnişinlə yüklənməsi səbəbindən baş verdiyini istisna etmirlər.скачать dle 11.3
Mojo.az Banner