Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Stokholmda Azərbaycan bayrağı ucaldılıb

28.05.2021 22:21 1 068
Stokholmda Azərbaycan bayrağı ucaldılıb
İsveçdə fəaliyyət göstərən azərbaycanlı icmasının təşkilatçılığı ilə Stokholm şəhərində 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, paytaxtın mərkəzindəki Radisson Blu Royal Viking Hoteldə pandemiya qaydalarına uyğun şəkildə baş tutan toplantıda "Azərbaycan naminə" təşkilatın, "SAF" İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin, "Qarabağ" mədəniyyət təşkilatının, SAMM TV-nin və "Starka kvinnor" dərnəyinin rəhbərləri iştirak ediblər. Tədbirdə çıxış edən Abdulla Amir Cavanşir Haşimi, Nadir Hollenbrand, Rahim Sadıqbəyli, Sevda Dadaşova və Rza Qaraçay dünya azərbaycanlılarını Respublika Günü münasibətilə təbrik ediblər.

Qeyd edilib ki, Azərbaycanın ötən il Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə dövlətçilik tariximizdə 103 il öncə baş verən bu əlamətdar hadisənin xüsusi qürur və fəxarət hissi ilə keçirilməsini təmin edib.

Soydaşlarımızın təşəbbüsü ilə tədbir keçirilən binanın üzərində üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Son xəbərlər