Mojo.az Banner
12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bu yaşayış binasında hər həftə lift avadanlıqları oğurlanır

25.05.2021 22:32 777
Bakıda bu yaşayış binasında hər həftə lift avadanlıqları oğurlanır
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, bina 21 V, blok 2 ünvanında iki həftədir oğurluq hadisələri baş verir.

Bu barədə “Report”a həmin binada yaşayan sakinlər məlumat verib. Sakinlər bildiriblər ki, artıq ikinci dəfədir binanın liftinin avadanlıqları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanır.

“Bu ayda birinci oğurluq hadisəsi mayın 19-da baş verdi. Kimsə yaxud kimlərsə liftin avadanlıqlarını oğurladılar. Buna görə də, bir neçə gün liftdən istifadə edə bilmədik. Lift idarəsindən isə heç kim gəlib, nəyin baş verməsi ilə maraqlanmadı. Qonşularla qərara gəldik ki, özümüz pul yığaq. Beləliklə, hər mənzildən pul yığıb, öz hesabımıza lift avadanlığı aldıq. Bununla da, liftimiz bir neçə gün işlədi. Lakin dünən günorta saat 12-13 radələrində yenə naməlum şəxs və ya şəxslər liftin avadanlıqlarından birini (əyləci) oğurlayıblar”, - deyə həmin binada yaşayan sakin İntizar Tağıyeva bildirib.

Binanın digər sakinləri isə qeyd ediblər ki, belə oğurluq hadisələrin dalbadal baş verməsi onlarda fərqli şübhələr, gümanlar yaradır. “Liftin avadanlığı kimə lazımdır? Kim bilir ki, hansı avadanlıq baha, yaxud ucuzdur? Çox güman ki, oğurluğu bu sahədən başı çıxanlar edir”, - deyə başqa sakin bildirib.

Qeyd edək ki binada əvvəllər də lift avadanlıqlarının oğurlanması hadisəsi baş verib. Sakinlər dəfələrlə öz hesablarına yeni avadanlıq alaraq, lifti təmir etdiriblər. Lakin son iki həftədə bu cinayət hadisəsinin dalbadal baş verməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Üstəlik, sakinlər iki gündür liftdən istifadədən məhrum olublar.

Bütün bunlar bir yana, liftin avadanlığı binanın damının şaxtasının qapısının açılmadan oğurlanması, qıfılın toxunulmaz qalması bir sıra sualların ortaya çıxmasına səbəb olub.

скачать dle 11.3
Mojo.az Banner