Mojo.az Banner
23:01 Şəmkirdə 62 yaşlı kişi bazarda öldü  |     22:52 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  |     22:43 Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb  |     22:29 Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - Video  |     22:10 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu  |     22:05 25 günün əsgəri vəfat etdi - FOTO  |     21:43 Leninin nəslindən olan Yelena Ulyanova öldü  |     21:41 Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb  |     20:47 Mağazadan seyf oğurlayan şəxs saxlanıldı  |     20:40 Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı  |     20:34 Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR  |     20:26 DÇ-2026 azarkeşləri üçübn bilet şoku: Yanacaq böhranı xərcləri artırdı  |     20:20 Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı  |     20:13 Gələn il veteran pulu ARTIRILACAQ?  |     20:08 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb  |     20:00 Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video  |     19:55 Paşinyan Putinin "boşanma" sözünə belə cavab verdi  |     19:41 Benzinlə manqal yandırmaq istəyən Şəmkir sakini öldü  |     19:34 Millimiz Gürcüstana məğlub oldu  |     19:29 Sabah Azərbaycanda 30 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Tural Xasıyev: “Bu portal region əhalisi ilə dövlət qurumlarını birləşdirəcək”

25.05.2021 21:26 714
Tural Xasıyev: “Bu portal region əhalisi ilə dövlət qurumlarını birləşdirəcək”
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan “Vətəndaşların elektron müraciəti portalı” layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.

Belə ki, “Vətəndaşların Elektron Müraciət Portalı – e-qebul.az” “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021”də (WSIS Prizes -2021) “E-hökumət” nominasiyası üzrə 1-ci yerdə qərarlaşıb.

Xüsusilə qeyd edək ki, layihə ölkəmizin rəqəmsallaşması və elektron dövlət xidmətlərinin sayının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Oxu.Az-ın “WSIS PRİZES -2021”nin qalib olan rəqəmsal layihəsi, region əhalisi ilə dövlət qurumlarını bir kliklə birləşdirən bu portalın texniki imkanları ilə bağlı suallarını Məlumat Hesablama Mərkəzinin İnnovativ həllər şöbəsinin müdiri Tural Xasıyev cavablandırıb.

- Layihə haqqında məlumat toplamaq üçün e-qebul.az portalına daxil olub istifadəçi üçün qeyd olunan xidmətlərlə tanış olmaq olur.

Bu portalda başqa hansı xidmətlər əlçatandır?

-“Vətəndaşların Elektron Müraciət Portalı” interaktiv portaldır. Bu portal vasitəsilə vətəndaşların yerli icra hakimiyyəti orqanı üzərindən dövlət qurumlarına onlayn müraciəti təmin olunur. Bunun üçün vətəndaşın sadəcə portala daxil olub qeydiyyatdan keçməsi kifayətdir. Portalda müraciətlərin sistemləşdirilməsi, izlənilməsi və monitorinqi, həmçinin real vaxt rejimində bildirişlərin göndərilməsi də mümkündür.

Bu portal həm vətəndaşlara, həm də dövlət qurumlarına bir sıra imkanlar yaradır. Məsələn, vətəndaş vaxt itkisini və məsafəni aradan qaldırır. Dövlət qurumları isə birbaşa ünsiyyətdə tələb olunan resurslarına qənaət edir. Nəzərə alınsa ki, dünyada və ölkəmizdə hazırda pandemiya vəziyyəti davam etməkdədir, portalın vətəndaşlara uzaqdan xidmət göstərmə üstünlüyü müstəsna əhəmiyyət kəsb edir. Bundan əlavə, şəxsiyyət vəsiqəsinin məlumatları əsasında digər dövlət informasiya sistemlərinə inteqrasiya vasitəsilə vətəndaş haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Portaldakı xidmətlərin və xidmət göstərən qurumların sayı artırılacaqmı? Portalın texniki potensialı buna imkan verir?

- Portala istənilən sayda qurum, həmçinin həmin qurumların istənilən sayda xidmətini əlavə etmək olar. Bu portal yaradılarkən bunun üçün lazım olan hər detal nəzərə alınıb. Bundan sonra isə tələbdən asılı olaraq dəyişikliklər ola bilər. Yəni, tələb olunarsa, qurumların və xidmətlərin sayını artırmaq mümkündür.

Belə ki, portal həm qurumlar, həm də xidmətlər üzrə dinamik funksionallıq imkanına malikdir. Gələcəkdə hansısa dəyişiklik edilmədən xidmət və qurumları istənilən sayda artırmaq mümkün olacaq. Bunun üçün əvvəlcədən sistemin xüsusi idarəedici modulları nəzərə alınıb.

Layihə əsasən region əhalisi üçün nəzərdə tutulub. Amma elə ola bilər ki, kiminsə kompüteri, hətta internet əlaqəsi də yoxdur...

-Toxunduğunuz məsələ regionlarda aktual olan məsələdir. Əlbəttə ki, kiminsə kompüteri və ya internet əlaqəsi olmaya bilər. Bu problemin bir sıra həll yolları mümkündür. Məsələn, layihənin pilot olaraq tətbiq olunduğu Şamaxı rayonunda bu problem icra hakimiyyətinin yanında xüsusi ofis yaradılaraq həll olunub. Müraciətini onlayn göndərmək imkanı olmayan vətəndaşlar həmin ofisə yaxınlaşır, oradakı kompüterlər vasitəsilə müraciətlərini sistem üzərindən ünvanlayırlar.

Bu sistem vətəndaşyönümlüdür, bu istiqamətdə fərdi məlumatların təhlükəsizliyi məsələsi necə qorunurmu?

-Bu çox aktual məsələdir və sözsüz ki, təhlükəsizlik məsələsinə ciddi şəkildə əməl olunur. “E-qebul.az” portalı SSL təhlükəsizlik sertifikatı ilə qorunur. Bu, o deməkdir ki, bütün məlumatların hamısı şifrələnmiş formada ötürülür. Daxil edilmiş məlumatlar əvvəlcədən müəyyən olunmuş alt sistemlərə inteqrasiya olunub. Həmçinin sistemdə qeydiyyatdan keçərkən “SMS aktivləşdirmə” (OTP) tətbiq olunur.

Yəni sistemin istifadəçiləri qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini qeyd edir və ona təhlükəsizlik kodu göndərilir. Göndərilən kodla elektron kabinet aktivləşdirilir və həmin kabinetdən ötürülən, eləcə də qəbul edilən bütün informasiyalar şifrələnərək təhlükəsizliyi təmin edilir.

Eyni zamanda yeni nəsil şəxsiyyət vəsiqəsində e-imzanın tətbiqini nəzərə alaraq gələcəkdə sistemin e-imza ilə inteqrasiyası da nəzərdə tutulub.скачать dle 11.3
Mojo.az Banner