Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın Yaxın Şərqdəki yeni imkanları

24.05.2021 14:23 1 125
Rusiyanın Yaxın Şərqdəki yeni imkanları
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) başçısı, general Kennet Frenklin Makkenzi Yaxın Şərqdə Rusiya üçün yaranmış yeni imkanlar haqqında danışıb.

Bu barədə “Associated Press” xəbər yayıb.

Onun fikrincə, Yaxın Şərq böyük güclər arasında rəqabət zonasıdır. General vurğulayıb ki, ABŞ-ın bölgədəki hərbi mövcudluğunu nəzərdən keçirməsi və onu əhəmiyyətli dərəcədə azaltması, “boşluqların meydana çıxması”na səbəb ola bilər ki, bu məqamdan da Rusiya və Çinin istifadə edə bilər. Moskva və Pekində başa düşürlər ki, ABŞ-ın Yaxın Şərqdəki aktivliyinin azalması silah satışları da daxil olmaqla yeni imkanların yaranmasına kömək edəcək.

Eyni zamanda, Makkenzi ABŞ-ın Yaxın Şərq dövlətləri üçün “prioritet tərəfdaş” olaraq qaldığını vurğulayıb. O , ABŞ Prezidenti Co Bayden rəhbərliyinin işə başlamasından sonra ABŞ-ın öz qoşunlarının xaricə yerləşdirilməsinə yenidən baxdığını və bu il 11 sentyabr tarixinə qədər Əfqanıstandan qoşunlarının tamamilə geri çəkilməsinə dair qərar verdiyini də qeyd edib.

Son xəbərlər