Mojo.az Banner
15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada 9 nəfər koronavirus vaksinləri sayəsində milyarder oldu

22.05.2021 19:21 918
Dünyada 9 nəfər koronavirus vaksinləri sayəsində milyarder oldu
Dünyada doqquz nəfər əczaçılıq şirkətlərinin koronavirus vaksinlərinin istehsalından əldə olunan gəlirləri sayəsində milyarder olub.

“Report” “Forbes”ə istinadən xəbər verir ki, bu barədə “People's Vaccine Alliance” qeyri-hökumət təşkilatı tərəfindən hazırlanmış məruzədə deyilir.

Məruzəyə əsasən, Amerikanın “Moderna” şirkətinin rəhbəri Stefan Banselin, Almaniyanın “BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahinin yeni milyarderlər siyahısına başçılıq edirlər. Onların sərvəti indi müvafiq olaraq 4,3 milyard və 4 milyard ABŞ dolları qiymətləndirilir.

Reytinq siyahısında həmçinin “Moderna” Direktorlar Şurasının sədri Nubar Afeyan da daxil olub. Onunla yanaşı, siyahıda Amerika sərmayədarları Timoti Sprinqer və Robert Lanqerin də adları var. Onlar 2010-cu ildə “Moderna” şirkətinin inkişafına 5 milyon və 1,5 milyon ABŞ dolları investisiya ayırıblar. İspaniyanın əczaçılıq şirkəti “Laboratorios Farmacéuticos Rovi”nin Direktorlar Şurasının başçısı Xuan Lopes-Belmonte də vaksin istehsalı sayəsində milyarder olanlardandır. Bundan başqa, pandemiya zamanı Çinin “Cansino” əczaçılıq şirkətinin üç həmtəsisçisi də milyarder olublar.скачать dle 11.3
Mojo.az Banner