Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Əlilliyə hansı hallarda imtina cavabı gəlir? - AÇIQLAMA

21.05.2021 14:53 822
Əlilliyə hansı hallarda imtina cavabı gəlir? - AÇIQLAMA
Göndərilən “Forma 88”ə verilən imtinaların özünəməxsus səbəbləri və növləri olur.

Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova göndərilən “Forma 88”ə hansı hallarda imtina gələ biləcəyi sualına cavab verərkən deyib.

O bildirib ki, əlillik təyinatı vətəndaşın heç bir məmurla təması və əyani müayinə olmadan, yalnız göndəriş əsasında aparılır:

“Həkim ekspertlər göndərişdə yazılan diaqnozlara inanaraq əlillik təyinatını aparırlar. Əgər göndərişdə qeyd edilən diaqnoz və onun əsaslandırıcı məqamları – instrumental laboratoriya müayinələrin nəticələri təsdiqlənmirsə, hiperdiaqnoz və təzadlar, uyğunsuzluqlar varsa, belə durumlarda əksər halda diaqnoz öz təsdiqini tapmır. Bu o deməkdir ki, şübhə doğuran məqamlar var. Diaqnoz müayinələrlə tam düzgün, dolğun əsaslandırılmadıqda, göndərişin keyfiyyətsiz doldurulduğu barədə qərar verilir.

Eyni zamanda onu da qeyd edim ki, göndərişin keyfiyyətsiz doldurulması o demək deyil ki, vətəndaşa əlillik təyinatı aparılmır və ya aparılmayacaq. Sadəcə olaraq, həkim ekspert mövcud göndərişdə yazılanlarla tam dəqiq əlillik dərəcəsi müəyyən edə bilmir. Səhiyyə müəssisənin əməkdaşları apardıqları əyani müayinəni göndərişdə elə təsvir etməlidirlər ki, oxuyan həkim ekspertin xəstə barəsində tam təsəvvür yaransın. Çünki eyni diaqnozla birinci, ikinci və üçüncü dərəcəli əlillik təyinatları aparıla bilir. Burada istənilən dizaqnozun əsaslandırılması düzgün olmalıdır ki, təsdiqini tapdığı halda əlillik təyinatı aparılsın.

Bəzən müalicə müddətinin az olduğunu görürük. Müalicə potensialı tükənməyib, bərpa müalicəsi aparıldıqdan sonrakı proqnozu bilməkdən ötrü müalicənin davamı qərarı verilir”.скачать dle 11.3
Mojo.az Banner