Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusu aşkar edən mobil tətbiq İŞƏ SALINDI

19.05.2021 23:29 1 005
Koronavirusu aşkar edən mobil tətbiq İŞƏ SALINDI
Cari ilin yanvar ayında "Sberbank" mütəxəssisləri bir dəqiqə ərzində nəfəs və öskürək əsasında koronavirusun aşkar edilməsi üçün mobil tətbiqi istifadəyə veriblər.

Median.Az
"sputnik"ə istinadla xəbər verir ki, hazırlanmış alqoritmi artıq "Google Play" və "App Store" platformasından yükləmək mümkündür, lakin yeni tətbiq diaqnostik test deyil.

""Sberbank"-ın süni intellekt laboratoriyası bankın ekosisteminə daxil olan "SberMedİİ" ilə birlikdə nəfəs və öskürək səsini təhlil edərək insanda COVID-19-a xas əlamətlərin olub-olmadığını müəyyən edən "AI Resp" tətbiqini hazırlayıb", - deyə bankın idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin bildirib.

Vedyaxin onu da deyib ki, yanvar ayında tətbiq işə salındıqdan bu günə qədər mobil tətbiqə COVID-19 pasiyentlərin 3000-ə qədər şəxssizləşdirilmiş səs yazısı inteqrasiya olunub və hazırda onun dəqiqliyi 82%-ə çatıb.

"Sberbank-ın süni intellekt laboratoriyasının artıq kifayət qədər yüksək texnoloji tibbi layihələr portfeli var. Belə ki, bizim işlərimiz süni intellekt əsasında elektron tibbi kartlardakı qeydlər əsasında diaqnoz qoymağa imkan verir və kompüter tomoqrafiyası şəkillərində pnevmoniyaya xas olan dəyişiklikləri aşkar edir. Hazırda biz həkimlərin işini asanlaşdıracaq və insan həyatını xilas edəcək silsilə qabaqcıl həllər üzərində işləyirik. "AI Resp" də bu cür perspektiv həllərdən biridir", - deyə sədr müavini bildirib.скачать dle 11.3
Mojo.az Banner