Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sürücüdən “20 Yanvar”da taksiyə minən xanıma əxlaqsızlıq TƏKLİF

19.05.2021 13:37 2 379
Sürücüdən “20 Yanvar”da taksiyə minən xanıma əxlaqsızlıq TƏKLİF
Bakıda taksi sürücüsü müştərisi olan qadına qarşı əxlaqsız təklif edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə qadının özü sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə, axşam saatlarında işdən çıxıb, metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksiyə əyləşib:

“Məni və qoca kişini müştəri kimi götürdü və qeyd etdi ki, kişini “Şamaxinka”da düşürüb geri qayıdacaq, yerinə başqa adamlar yığıb və yoluna davam edəcək. “Şamaxinka”da kişi maşından düşdü və ikimiz qaldıq. “İnşaatçılar”dan xüsusi sifarişlə müştəri götürəcəyini dedi. Məni “Qurd Qapısı” adlanan əraziyə apardı və içi dolu çanta götürüb qoydu baqaja, maşına isə heç kəs minmədi.

Təşvişə düşdüm, hara gedəcəyimizi soruşdum. Anamdan zəng gəlirdi, gecə olduğundan yolları ayırd edə bilmirdim. Suallar verməyə başladı, bir də baxdım ki, maksimum sürətlə “Sədərək” yolundayıq.

O, mənə əxlaqsız təklif edirdi. Həm də məni şantaj edirdi. Anama zəng edib, polisə məlumat verməsi üçün qışqırdım. Ancaq heç bir şey bu əclafa təsir etmədi. Səylərim nəticəsində heç bir şey olmadan məni metronun “20 Yanvar” stansiyasında düşürdü”.

O qeyd edib ki, hadisə barədə polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.скачать dle 11.3
Mojo.az Banner