Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Neftə tələbatın artacağı ilə bağlı ümidlər qiymətlərin artmasına təkan verir

18.05.2021 18:33 2 007
Neftə tələbatın artacağı ilə bağlı ümidlər qiymətlərin artmasına təkan verir
Neft bazarında tələbatla bağlı nikbin ovqatın olması fonunda qiymətlərin bu gün səhər yüksələn trendi davam edir.

Bakı vaxtı ilə saat 13.51-ə olan vəziyyətə görə, “Brent” markalı neftin iyul fyüçersləri 0,92 faiz bahalaşaraq 70,1 ABŞ dollarından, “WTI” markalı neftin iyul fyüçersləri 0,8 faiz bahalaşaraq 66,81 dollardan, iyun fyüçersləri isə 0,75 faiz bahalaşaraq 66,77 dollardan satılıb. Qeyd edək ki, “Brent” bu il martın 15-dən bəri ilk dəfədir 70 dollar həddini keçib.

Müxtəlif ölkələrdə peyvəndləmə işlərinin davam etdirilməsi, eyni zamanda karantin məhdudiyyətlərinin yumşaldılması və hökumətlər tərəfindən görülən dəstək tədbirləri iqtisadiyyatın dirçələcəyinə dair nikbinliyə əsas verir. Belə ki, Avropa və Asiya bazarlarında fond indeksləri, habelə texnologiyada geniş istifadə olunan mis və palladium kimi xammal növlərinin qiymətləri artır.скачать dle 11.3
Mojo.az Banner