Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Bakı məktəbində dərslərin çoxluğundan şikayət edən valideyinlərə cavab: “İltizam yaza bilərlər” - RƏSMİ

18.05.2021 14:10 864
Bakı məktəbində dərslərin çoxluğundan şikayət edən valideyinlərə cavab: “İltizam yaza bilərlər” - RƏSMİ
Bakıda Yusif Mirzəyev adına 44 nömrəli məktəbdə beşinci siniflərə həftədə beş gün dərs keçirilir.

Bu barədə Oxu.Az-a valideynlər tərəfindən şikayət ünvanlanıb.

Bildirilib ki, dərslərin həftədə beş gün keçirilməsinə etiraz edildikdə şagirdləri sinifdə saxlanacağı deyilir.

İddialarda dərslər zamanı heç bir məsafənin olmadığı qeyd edilib.

Məsələ barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) ümumi təhsil müəssisələrində pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün və məktəbəhazırlıq qruplarında isə həftədə 4 gün tədris əyani formada təmin edilir:

“Əyani dərslərə övladının cəlb olunmasına razı olmayan valideynlər iltizam formasını imzalayaraq, övladını məktəbə göndərməkdən imtina edə bilər”.

“Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır”, - deyə qurumdan qeyd edilib.

Son xəbərlər