Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qırx ildir tikilib, bəzək kimi 5 minə yaxın çini qabdan və çayniklərdən istifadə olunub - Gəncənin "çaynikli ev"i - FOTO

17.05.2021 22:17 1 071
Qırx ildir tikilib, bəzək kimi 5 minə yaxın çini qabdan və çayniklərdən istifadə olunub - Gəncənin
Gəncənin Sadılı qəsəbəsi ətrafında yerləşən "çaynikli ev" öz xarici görünüşü ilə yerli sakinlərin və qonaqların diqqətini cəlb edir.

Median.Az
xəbər verir ki, ev sakinlərindən olan Dürdanə Ələsgərova AZƏRTAC-a bildirib ki, evin keçmiş sahibi 1970-1980-ci illərdə Gəncə Çini Qablar Zavodunda çalışıb. O, istehsal prosesində yararsız məhsullardan istifadə edərək, evin xarici görkəmini çini qablar və rəngli çayniklərlə bəzəyib.

"20 ildən çoxdur ki, bu evdə yaşayırıq. Əvvəllər həm şəhər sakinləri, həm də turistlər bura böyük maraq göstərirdilər. Bəziləri elə bilir ki, ev bütövlükdə çini qablardan inşa edilib. Ancaq elə deyil, ev kərpicdən tikilib, sonra isə bu qablar üzərinə hörülüb," - deyə ev sakini qeyd edib.

"Çaynikli ev"in ərsəyə gəlməsində 5 minə yaxın müxtəlif bəzəkli çini qabdan və çayniklərdən istifadə olunub. Artıq 40 ilə yaxındır ki, inşa edilən qeyri-adi tikilini zaman keçdikcə qoruyub saxlamaq da çətinləşib.

Dürdanə Ələsgərova deyir ki, əllərindən gəldiyi qədər qırılan, tökülən hissələri bərpa etməyə çalışırlar: "Bacardığımız qədər dağılan yerləri yenidən hörür, düzəldirik. Ancaq tam bərpa etməyə imkanımız çatmır".


скачать dle 11.3
Mojo.az Banner