Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nəriman Ağayev: “Toylara icazə verilsin, yalnız peyvənd olunanlar içəri buraxılsın” - FOTO

17.05.2021 19:36 1 434
Nəriman Ağayev: “Toylara icazə verilsin, yalnız peyvənd olunanlar içəri buraxılsın” - FOTO
Azərbaycanda koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən etibarən toylar qadağan edilib. Bir ildən çox vaxt keçib, amma qadağa hələ də qüvvədədir və ən əsası, nə vaxt aradan qaldırılacağı da məlum deyil. Bir çox cütlük gözləməyə davam edir, bəziləri isə münasibətlərini təntənəli mərasim keçirmədən rəsmiləşdirirlər.

Bundan əlavə, sözügedən qadağa bu sahədə çalışanlara da mənfi təsir edir. Söhbət şadlıq evlərinin fotoqrafları, videoqrafları, inzibatçıları, ofisiantları, aşpazları və müdirlərindən gedir.

Dayanıqlı İnkişaf Tədqiqat Mərkəzi ölkədə toylara icazə verilməsi şərtləri ilə bağlı ictimai rəy sorğusu keçirib.

“Bu, həqiqətən çox aktual bir mövzu və hətta problemdir. Bu gün bir çox insan işsiz qalıb. Mən hələ cütlüklərin bir ildən çoxdur toylarını edə bilmədiyini demirəm. Gec-tez pandemiya ilə yaşamağı öyrənməliyik, xüsusən də nəzərə almaq lazımdır ki, ölkədə mövcud karantin rejimi fonunda vaksinasiya prosesi davam edir. Toyların keçirilməsini mümkün edəcək müəyyən şərtlərin hazırlanması vacibdir. Məhz bu mövzuda ictimaiyyət arasında sorğu apardıq”, - deyə adı çəkilən Mərkəzin rəhbəri Nəriman Ağayev Media.Az-a bildirib.



Onun sözlərinə görə, anket sorğusunda gənc cütlüklərlə yanaşı, şadlıq evlərinin müdirləri, sürücülər, fotoqraflar, videoqraflar, inzibatçılar, ofisiantlar, bir sözlə, bu sahədə çalışanların hamısı iştirak edib.

“Respondentlərin demək olar ki, 99,9%-i ölkədə qeyd olunan şərtlərin işlənib hazırlanmasının tərəfdarıdır. Belə ki, məhz həmin şərtlər əsasında yenidən toyları bərpa etmək mümkün olacaq. Demək olar ki, hamı yekdilliklə qeyd etdi ki, şadlıq evlərinin girişində peyvənd sertifikatı tələb olunmasını qəbul edirlər. Bu, bir tərəfdən vaksinasiya miqyasının artmasına səbəb olar, digər tərəfdən də toy mərasimlərini bərpa etmək mümkün olardı”, - deyə qurum sədri izah edib.

Nəriman Ağayev qeyd edib ki, peyvənd edilməsinə qadağa qoyulmuş şəxsləri, həmçinin artıq xəstələnənləri də nəzərə almaq lazımdır. Lakin onların da müvafiq sertifikatları olmalıdır.

“Toy etmək və ya toyda iştirak etmək istəyirsinizsə, koronavirusa qarşı peyvənd vurdurun. Yalnız bu şəkildə tədricən normal həyata qayıda bilərik”, - deyə N.Ağayev əlavə edib.скачать dle 11.3
Mojo.az Banner