Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Azərbaycana qoyduğu bu qadağanı aradan götürdü

14.05.2021 12:02 1 746
Rusiya Azərbaycana qoyduğu bu qadağanı aradan götürdü
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 14 may 2021-ci il tarixindən daha 30 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288414 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 %-ni təşkil edir.

Son xəbərlər