Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı deputat 29 il sonra Şuşadakı evinə getdi

13.05.2021 13:53 861
Azərbaycanlı deputat 29 il sonra Şuşadakı evinə getdi
“Bu il Ramazan bayramı dövlətimiz və xalqımız üçün, o cümlədən, 29 il bundan əvvəl öz torpaqlarından didərgin düşmüş və artıq Qarabağa geri dönən Azərbaycan vətəndaşları üçün çox əlamətdar oldu. Biz böyük fəxarət və qürur hissi ilə Ramazan bayramını Qarabağda, doğma Şuşamızda qeyd edirik”.

Bunu “Report”a açıqlamasında “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, bu il müqəddəs Ramazan bayramını Şuşada, öz evlərində qeyd etdiyi üçün çox xoşbəxtdir: “Çox xoşbəxtəm ki, bu günü görmək mənə də nəsib oldu. Öz evimizdə, öz torpağımızda gözəl bayramımızı qeyd edirik. 29 il sonra öz evimi görə bilmək xoşbəxtliyi mənə nəsib oldu. Təbii ki, hamımız sevincliyik. Sevincimiz və gözəl hisslərimiz əbədi olsun.

Düşmən bizi öz torpaqlarımızdan 30 il ayrı saxlasa da, bu Ramazanda torpaqlarımıza geri dönməyimizlə qürurumuz və mənəviyyatımız özümüzə qayıtdı. Ruhumuzu, mənəviyyatımızı qoruyaraq geri döndük. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Şuşadakı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması çox gözəl hiss bəxş edir”.скачать dle 11.3
Mojo.az Banner