Mojo.az Banner
21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |     20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |     20:27 Məşhur türk şoumeni infarkt keçirdi (FOTO)  |     20:22 Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq  |     20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |    
Left Banner
Right Banner

Pulemyot və qumbaraatanlarla silahlanmış “SONGAR” - “Forbes” Türkiyənin uçan snayperindən yazır (VİDEO)

12.05.2021 19:48 1 590
Pulemyot və qumbaraatanlarla silahlanmış “SONGAR” - “Forbes” Türkiyənin uçan snayperindən yazır (VİDEO)
Türkiyənin silah istehsalçıları zirehli transportyorun üstündən havaya buraxılan və elə həmin transportyordan da idarə edilən silahlı dronu nümayiş etdirib. Bu, Türkiyənin dronlar sahəsində hökmdarlığa can atmasında sonuncu addımlardan biridir.
 
Bu sətirlər nüfuzlu “Forbes” jurnalının Türkiyə hərbi sənayesinin işləyib hazırladığı “Songar” silahlı dronu barədə məqaləsindən götürülüb.

 Nəşr yazır ki, Türkiyənin “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi Ermənistan-Azərbaycan müharibəsində qalibdir və habelə Suriyada Rusiyanın hava hücumundan müdafiə sisteminin öhdəsindən gəlib. Kiçikölçülü “Kargu” kamikadze-dronu özünü Liviyada yaxşı göstərib. Bu ilin əvvəllərində ictimaiyyətə təqdim edilmiş “Songar” silahlı dronu isə sürətlə yeni tip təhdidə çevrilməkdədir.
 
 Belə ki, pulemyot kimi piyada silahı ilə silahlanmış yeni tip multikopter uçan snayper də hesab edilir. “Asisguard” elektronika firması tərəfindən istehsal edilən “Songar” dronu artıq Türkiyə xüsusi təyinatlılarının silahlanmasına daxil edilib. Bu dronu işləyib hazırlayanlar bildirirlər ki, dronun təchiz edildiyi pulemyotun hədəfi dəqiq vurması lazer nişangahın və digər əlavə təkmilləşdirmələrin köməyi ilə təmin edilib.
 
 Əvvəlcə “Songar” 5.56 millimetrlik yüngül pulemyotla təchiz edilmişdi. 2019-cu ildə isə istehsalçılar bildirdilər ki, “Songar” artıq 400 metr məsafədən hədəfi dəqiq vura bilir. Habelə “Asisguard” silahlı dronun daha bir sıra təkmilləşdirmələrini elan edib. Bildirib ki, pulemyotun əvəzinə “Songar” 40 millimetrlik “Akdas AK40-GL” (Türkiyə istehsalı) avtomatik qumbaraatanı ilə təchiz oluna bilər. Daha iriçaplı silah imkan verəcək ki, “Songar” daha iri hədəfləri, o cümlədən yüngül zirehli transportyorları hədəf alsın. Qumbaraatanın atəş effektivliyi 400 metrdir. O, zirehdələn, piyadalar əleyhinə və digər tipli qumbaralar atır. Habelə bu silah imkan verəcək ki, “Songar” hədəfdən daha uzaqdan zərbə endirə bilsin. Nəticədə onun aşkarlanması, səsinin eşidilməsi, müşahidəsi və vurulması da çətinləşəcək.(virtualaz.org)скачать dle 11.3
Mojo.az Banner