Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

İran milli peyvənd istehsalına başlayıb

11.05.2021 20:49 1 029
İran milli peyvənd istehsalına başlayıb
Əlborz vilayətində İran milli "COV-İran Barəkət" peyvəndinin kütləvi istehsalına başlayıb. İstehsal prosesindən əvvəl xüsusi fabrik qurulub və lazım olan avadanlıqlarla təmin edilib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu layihənin müəllifi Rza Mərcari jurnalistlərə bildirib ki, ilkin mərhələdə ay ərzində 3 milyon doza peyvənd istehsal olunacaq. İkinci istehsal xətti istismara verildikdən sonra isə ay ərzində 14 milyon doza peyvənd istehsal ediləcək. Onun sözlərinə görə, iyun ayından başlayaraq əhali "COV-İran Barəkət"lə təmin ediləcək və peyvənd vurulmasına başlanacaq.

Milli peyvənd istehsalı üçün layihəni İmam Xomeyninin vəsiyyətlərinin icraçısı təşkilatı hazırlayıb və maliyyə dəstəyi göstərib.

Bu arada isə İranın Səhiyyə Nazirliyi koronavirus infeksiyasının yayılması barədə məlumat verib. Verilən məlumata əsasən son 24 saat ərzində İranda 18 min 133 nəfər virusa yoluxub, 307 nəfər isə vəfat edib. Beləliklə İranda yoluxanların ümumi sayı 2 milyon 691 min 352 nəfərə, yoluxaraq ölənlərin sayı isə 75 min 568-ə çatıb. Müalicəsi davam edən 5522 xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır. Bununla yanaşı 2 milyon 144 min 197 nəfər xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb.

İranda koronavirus pandemiyasının 4-cü dalğası davam edir. Eyni zamanda, gündəlik ölüm sayında tədricən azalma müşahidə olunur.скачать dle 11.3
Mojo.az Banner