Mojo.az Banner
21:48 Sağlam qalmaq üçün gündə neçə dəqiqə gəzmək lazımdır?  |     21:19 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:01 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     20:53 Dənizdə batma təhlükəsində olan şəxs xilas edildi  |     20:50 "Toyota" ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır  |     20:48 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər  |     20:44 Çində keçmiş məmur edam cəzasına məhkum edildi  |     19:41 Pakistan müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır  |     19:36 Yasamalda soyğunçuluq edən şəxs tutuldu  |     19:33 Luis Suaresin möhtəşəm dönüşü gözlənilir  |     19:27 Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU  |     19:02 Təhsil sənədləri artıq myGov-da – Məzunlarına şad xəbər  |     18:53 Şəhərlərarası marşrutlar üzrə müsabiqənin növbəti qalibləri açıqlandı  |     18:50 Meşəlik ərazidə 16 yaşlı qızın və 29 yaşlı kişinin meyiti aşkarlandı - Lənkəranda müəmmalı hadisə  |     18:36 Macarıstanın yeni prezidenti seçildi  |     17:38 Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi  |     17:22 Bir il əvvəl itkin düşən qadın oğlu tərəfindən ÖLDÜRÜLÜBMÜŞ  |     17:02 Yaşlılara sürücülük qadağası var? – Hüquqşünasdan AÇIQLAMA  |     16:53 Alimlər xəbərdarlıq etdilər: 12 avqustda maqnit qasırğası baş verəcək  |     16:46 1200-dən çox şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb - SƏBƏB  |    
Left Banner
Right Banner

Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq

11.05.2021 16:59 2 070
Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq
Mayın 12-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Avropa Olimpiya Təsnifat Turniri və II Dünya Kuboku start götürəcək.

"Report"un məlumatına görə, beş gün davam edəcək yarışda Azərbaycan kanoeçi Malxaz Çinçaraşvili ilə təmsil olunacaq. 24 yaşlı idmançı 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 200 metr məsafəyə yürüşlərə qatılacaq.

Olimpiya lisenziyalı turnirdə o, seçmə mərhələdə Ara Vrabyan (Ermənistan), Vadim Korobov (Litva), İlya Ştokalov (Rusiya), Maksim Petrov (Belarus), Angel Kodinov (Bolqarıstan), Zaza Nadiradze (Gürcüstan) və Sergey Tarnovski (Moldova) ilə mübarizə aparacaq. İlk "3-lüy"ə düşənlər yarımfinala yüksələcəklər.

Növbəti mərhələdən finala yüksəlmək üçün də yeni "3-lüy"ə düşmək lazımdır. Seçmə və yarımfinal mərhələləri ilk yarış günündə, finallar isə ertəsi gün olacaq. Tokio Yay Olimpiya Oyunlarına lisenziyaları ilk 2 yerdən birini tutanlar qazanacaq.

Mayın 14-də Çinçaraşvili Dünya Kubokunda 1000 metr, mayın 15-də 500 metr məsafələrə yürüşlərə qatılacaq. 1000 metr məsafəyə finallar mayın 15-də, 500 metr məsafəyə həlledici yürüş isə mayın 16-da olacaq.
скачать dle 11.3
Mojo.az Banner