Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Göyçayda polis və AQTA əməkdaşları monitorinq keçirib

10.05.2021 22:53 849
Göyçayda polis və AQTA əməkdaşları monitorinq keçirib
Sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Göyçay Rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının birgə iştirakı ilə heyvan kəsimi məntəqələrində monitorinq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbir zamanı icarədar, Göyçay şəhər sakini Elnur Yahyayevin işlətdiyi heyvan kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulması, ətlərin natəmiz sularla yuyulması aşkar edilib.

Həmin şəxslə profilaktik söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci ( Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Həmçinin, şəhər ərazisində baytar-sanitar ekspertizadan keçmədən ət satışı, eləcə də qayda və normalara cavab verməyən mağazalarda heyvan kəsimi ilə məşğul olan fərdi sahibkarlar aşkarlanıb. Onların da barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.скачать dle 11.3
Mojo.az Banner