Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb |
Mojo.az Avto
Mojo.az Avto

Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib - FOTO

10.05.2021 20:38 909
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib - FOTO
Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə Zalsburq şəhərindəki Azərbaycan Evində görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumatına görə, tədbirdə Hallein dərnəyinin nümayəndəsi Durmuş Aydemir, Zell am See bölgəsi üzrə dərnək sədri Zaur Allahverdiyev, ADA Universitetinin tələbəsi Ülvi Fərəczadə, iş adamı Əli Toyran və başqaları iştirak ediblər. Çıxış edənlər qüdrətli siyasətçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərdan danışıblar.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, məhz ulu öndərin təməlini qoyduğu siyasi kursun layiqincə davam etdirilməsi nəticəsində mümkün olub. Sonra ümummilli liderə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab və fotolardan ibarət guşə də təşkil olunub.

Son xəbərlər