Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

CBC FM Qarabağdakı fəaliyyət istiqamətini açıqlayıb

08.05.2021 20:22 1 029
CBC FM Qarabağdakı fəaliyyət istiqamətini açıqlayıb
Qarabağda yayıma başlayan CBC FM fəaliyyət istiqamətlərini açıqlayıb.

102.7 MHs işçi tezliyində dinlyicilərin ixtiyarında olacaq CBC FM-də gün ərzində hər saatın əvvəli bir neçə dildə 8 xəbər buraxılışı təqdim edəcək.

Fasiləsiz olaraq radio kanalda Azərbaycan həqiqətlərini əks etdirən verilişlər, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi tərənnüm edən faydalı layihələr və paralel olaraq, CBC telekanalının proqramları da yayımlanacaq. Dinləyicilərin asudə vaxtlarının səmərəli təşkili üçün radio kanalda musiqi və audiokitablar təqdim olunacaq. CBC FM-də yayımlanan verilişləri internet üzərindən izləmək də mümkündür.

"Caspian International Broadcoasting Company" MMC-nin baş direktoru Vüqar Xəlilov CBC FM-in fəaliyyətə başlaması ilə bağlı birdirib: “Qarabağın ilk regional radio kanalı olmaqdan qürur duyuruq. Bu tarixi missiyanın bizə həvalə edilməsi məsuliyyətimizi birə beş artırır. Ümid edirik ki, operativ və dəqiq xəbərlərlə, maarifləndirici verilişlərlə və zövqlü musiqi ilə hər bir dinləyicimizin ürəyinə yol tapacayıq”.

Vüqar Xəlilov radiokanalın qarşısında duran məqsədlərdən və vəzifələrdən danışaraq deyib: “Dinyəyicilərin rəğbətini qazanmaq üçün daima zamanla ayaqlaşmaq lazımdır. Eyni zamanda, unutmamalıyıq ki, əsas məqsədimiz Azərbaycan haqqında məlumatların çatdırılmasıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan – müxtəlif millətlər və dini icma nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı multikultural ölkədir. Bunu da hər kəsin nəzərinə çatdırmaq və göstərmək lazımdır”.

Xatırladaq ki, 7 aprel 2021-ci il tarixində Milli Televiziya və Radio Şurası "Caspian International Broadcoasting Company" MMCni Qarabağda yeni regional radio kanalının açılması üçün elan etdiyi müsabiqənin qalibi seçib. 29 dekabr 2020-ci il tarixində isə Milli Televiziya və Radio Şurası Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq, CBC televiziya kanalının Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC telekanalı ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında tamaşaçılara əhatəli proqramlar təqdim edir. 24 saat fəaliyyət göstərən telekanalın yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.

CBC telekanalının yaradıcı və texniki potensialı müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya şəxsi fikrini formalaşdırmaq üçün operativ və keyfiyyətli materiallar təqdim etməkdir.скачать dle 11.3
Mojo.az Banner