Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

DİN əməliyyat keçirdi: Küllü midqarda narkotik maddə dövriyyədən çıxarıldı - VİDEO

08.05.2021 16:43 3 399
DİN əməliyyat keçirdi: Küllü midqarda narkotik maddə dövriyyədən çıxarıldı - VİDEO
Lənkəranda keçmiş məhkumdan 6 kiloqramdan çox narkotik götürülüb.

DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı və Baş Narkotiklərlə Mübarizə İdarələrinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında Lənkəran şəhərində həyata keçirilən birgə tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əməli törətdiyinə görə məhkum olunan Zamin Hüseynov saxlanılıb.

Onun Lənkəran şəhərində yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqram 364 qram olan narkotik vasitə, o cümlədən 1 kiloqram 370 qram heroin, 2 kiloqram 850 qram tiryək, 440 qram həşiş, 1 kiloqram 704 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışında biləvasitə istifadə etdiyi 1 ədəd elektron tərəzi aşkar edilib.

Həmçinin Zamin Hüseynovun mənzilindən satışı və istifadəsi qəti qadağan edilən ümumi sayı 7035 ədəd olan güclü təsiredici vasitələr “Metadon 40” və “Pregabalin” həbləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib. Zamin Hüseynov narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə şəxsiyyətləri istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməli imiş.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Zamin Hüseynov istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner