Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

UEFA Avropa Super Liqasını tərk edən doqquz klubla bağlı qərarını açıqladı

08.05.2021 14:43 1 362
UEFA Avropa Super Liqasını tərk edən doqquz klubla bağlı qərarını açıqladı
UEFA Avropa Super Liqasının yaradılmasına cəhd göstərmiş klublara qarşı tədbirlərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Super Liqanı tərk etmiş doqquz klub layihəyə qoşulmanın səhv addım olduğunu etiraf etməli, UEFA, digər Avropa klubları, milli futbol federasiyaları və azarkeşlərdən üzr istəməlidir. Cəza tədbiri olaraq, doqquz klubun hər biri 15 milyon avro ödəməlidir ki, bu məbləğ Avropada uşaq və gənclərlə bağlı futbol layihələrinə yönəldiləcək.

Bununla yanaşı, Super Liqadan ayrılan klublar UEFA turnirlərindən əldə etdikləri illik gəlirlərin 5%-dən məhrum ediləcək. Əgər bundan sonra da analoji cəhdlər olarsa, klublar 100 milyon avro cərimə ödəyəcəklər.

Qeyd edək ki, artıq Super Liqanı tərk etmiş “Arsenal”, “Milan”, “Çelsi”, “Atletiko”, “İnter”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Totenhem”in UEFA-nın şərtlərini qəbul etdikləri açıqlanıb.

Xatırladaq ki, “Yuventus”, “Real” və “Barselona” hələ də Super Liqada qalmaqda davam edir. Onlar barəsində qərarın UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul ediləcəyi bildirilir.

Son xəbərlər