Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər

07.05.2021 22:46 1 209
Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər
İngiltərə hökuməti “Mançester Siti” və “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Lİqasının final matçı öncəsi Türkiyəni koronavirus pandemiyası baxımından yüksək riskli ölkələr siyahısına daxil edib.

“Haber Global”ın “Telegraf” nəşrinə istinadən yaydığı məlumatına görə, bu dəyişiklik Türkiyədən qayıdan şəxslərin 10 gün karantində saxlanlmasını şərtləndirib. Məhz bu şərti əsas tutaraq, yerli hökumət UEFA ilə final matçının İngiltərədə keçirilməsilə bağlı danışıqlara başlayıb.

Xatırladaq ki, dünən “Sky Sports” İngiltərənin “Aston Villa” klubunun UEFA-ya müraciəti barədə xəbər yayıb. Klubun müraciətində təklif olunub ki, Çempionlar Liqasının builki finalı əvvəlcədən planlaşdırıldığı kimi İstanbulda deyil, İngiltərənin “Villa Park” stadionunda keçirilsin.

Klub öz təklifini koronavirus pandemiyası səbəbindən ölkələrarası səyahətlərdən yayınmağın vacibliyi, eləcə də turnirin həlledici oyununda məhz iki ingilis klubunun iştirakı ilə əsaslandırıb.

Qeyd edək ki, 2020/21-ci illər mövsümü Avropanın ən nüfuzlu klub yarışmasının final qarşılaşması mayın 29-da İstanbuldakı “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner