Mojo.az Banner
15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzərdə suitilərin kütləvi tələf olmasının səbəbi AÇIQLANDI - VİDEO

07.05.2021 15:25 987
Xəzərdə suitilərin kütləvi tələf olmasının səbəbi AÇIQLANDI - VİDEO
Ötən gün Dağıstanın Mahaçqala şəhərində 150-dən çox Xəzər suitisinin cəsədinin tapılması ilə bağlı məlumat yayılıb.

Tapılan suitilərin çoxunun dərisinin olmaması onların ölümündə insan faktorunun olduğuna işarə edir.

Suitilərin ölüm səbəbi barədə Ekologiya və Təbii Sərvət Nazirliyi ilə əlaqə saxladıq.

ETSN-nin Bioloji Resursların Tədqiqat Mərkəzinin direktoru, professor Mehman Axundov Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin yeganə məməli heyvanı keçən il Rusiyanın “Qırmızı Kitabı”na daxil edilib:

“Tədqiqatlar onu göstərir ki, Xəzər dənizində bu heyvanların sayı 100 mindən artıq deyil. Ötən əsrdə isə bu rəqəm bir milyon təşkil edib”.

Professor bildirib ki, suitilərin son günlər tələf olmasının bir-neçə səbəbi var:

“Qış aylarında onların şimal istiqamətinə miqrasiyası baş verir ki, son bir neçə ay ərzində onların qoca fərdləri bu səbəbdən Dağıstan sularında məhv olub. Son günlər isə 150 suitinin məhv olmasının səbəbi balıqçıların torlarına düşməsi ehtimallarını artırır. Onların dərilərinin soyulması bunu deməyə əsas verir”.

M.Axundov qeyd edib ki, xarici alimlər ötən ilin dekabr ayında təxminən 300 suitinin məhv olunmasını Xəzər dənizində seysmik aktivliyin artması, təbii metan qazının suya düşməsi ilə bağlayırdılar:

“Son günlər suitilərin balıq torlarına ilişərək məhv olması onu göstərir ki, ötən il səsləndirilən fikirlər düzgün deyil”.скачать dle 11.3
Mojo.az Banner